Xəbər lenti

Bu xanım Bakıda iki tanınmış məktəbə rəhbərlik edir? (YENİLƏNİB/RƏSMİ CAVAB)
Ölkə 14:22 19.09.2025

Bu xanım Bakıda iki tanınmış məktəbə rəhbərlik edir? (YENİLƏNİB/RƏSMİ CAVAB)

(İlk xəbər saat 12.30-da dərc olunub)
 
Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əliyeva Yasəmən Kamil qızı 20 nömrəli məktəb-liseyə direktor əvəzi gətirilib. 



20 nömrəli məktəb-liseyin direktor əvəzi Yasəmən Əliyeva uzun illərdir sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, həmçinin xeyli müddətdir ki, 60 nömrəli tam orta ümumtəhsil məktəbin direktor vəzifəsini müvəqqəti icra edir. 


 
***
 
Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasəmən Əliyevanın Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilməsi ilə bağlı xəbərə münasibət bildirib. Qurumun mətbuat xidmətindən Qaynarinfo-nun sorğusuna cavab olaraq deyilib% 

"Yasəmən Əliyeva Bakı şəhəri 60 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktor vəzifəsinin müvəqqəti icrasından 15.09.2025-ci il tarixindən azad edilib. 16.09.2025-ci il tarixindən Bakı şəhəri 20 nömrəli məktəb-liseyin vakant olan direktor vəzifəsinin müvəqqəti icrası məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Yasəmən Əliyevaya tapşırılıb".

Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva vəzifəsindən azad edilərək, 158 nömrəli tam orta məktəbin direktoru təyin olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->