Xəbər lenti

Bu peşələr tarixə qovuşacaq: Mütəxəssislər vaxt açıqladı
Texnologiya 16:40 26.10.2025

Bu peşələr tarixə qovuşacaq: Mütəxəssislər vaxt açıqladı

Kompüter kriminalistikası üzrə mütəxəssis, professor doktor Əli Murat Kırık süni intellektin iş dünyasında köklü dəyişikliklərə yol açdığını bildirib.

Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, onun fikrincə, süni intellektin təsiri bütün peşələrdə hiss olunacaq:

"2030-cu ilə qədər süni intellekti tətbiq etməyən peşələrin sona çatacağını söyləmək mümkündür".

Süni intellektin peşələrə təsiri

Professor Kırık qeyd edib ki, süni intellekt yazı yazmaq, tərcümə, müştəri xidməti, məlumat girişi və mühasibat kimi rutin işləri asanlıqla yerinə yetirə bilir. O bildirib: "Fiziki əməyə və insanla birbaşa təmas tələb edən işlərdə risk daha aşağıdır. Ən riskli sahələr təkrarlanan və standart işlərdir. Katiblik, məlumat girişi, çağrı mərkəzi, bəzi mühasibat və ətraf mühit işləri bu qrupa daxildir".

Jurnalistika və müəllimlik orta risk qrupunda

Professor Kırık əlavə edib:

"Araşdırmalar göstərir ki, bəzi peşələr digərlərinə nisbətən daha çox təsirlənəcək. Stanford Universitetinin məlumatlarına görə, 22–25 yaş arası gənc işçilər süni intellektə qarşı 6 faiz risk daşıyır".

Onun sözlərinə görə, bəzi peşələr tamamilə yox olmayacaq, lakin süni intellekt dəstəyi ilə yenidən formalaşacaq: "Orta riskli işlər tam itmir, amma bəzi vəzifələrdə süni intellektdən yardım görüləcək. Bu peşələrə müəllimlik, jurnalistika, marketinq və oxşar sahələr daxildir. Aşağı riskli işlər isə süni intellektin asanlıqla əvəz edə bilmədiyi peşələrdir. Burada həkimlik, tibb bacılığı, psixoloji məsləhət, incəsənət və əl bacarığı tələb edən işlərdə insanın toxunuşu, yaradıcılığı və empati qabiliyyəti hələ də böyük əhəmiyyət daşıyır".

Süni intellekt nələri bacarır, nələri bacarmır?

Professor Kırık bildirib ki, süni intellekt hazırda təkrarlanan işləri sürətli və səhvsiz şəkildə görə bilir, məlumat analizləri aparır, bəzi rutin qərarlar qəbul edir və sadə məzmun yarada bilir. Lakin o vurğulayıb: "İnsan kimi düşünmək, hiss etmək, empati qurmaq, yaradıcı olmaq və qeyri-müəyyən vəziyyətlərdə qərar vermək kimi mövzularda süni intellekt hələ yetərsizdir. Bundan əlavə, elastik fiziki bacarıq tələb edən işləri də yerinə yetirə bilmir".

"Gələcək insan və süni intellektin birgə işlədiyi dövr olacaq”

Professor Kırıkın sözlərinə görə, süni intellekt bəzi işləri dəyişdirərkən eyni zamanda yeni imkanlar da yaradır: "Süni intellekt dəstəklı mövqelər məhsuldarlığı artırır və yeni iş sahələri açır. Əsas məsələ işçilərin rəqəmsal bacarıqlarını inkişaf etdirməsi və yaradıcılıqla insan yönümlü qabiliyyətlərini gücləndirməsidir. Texnologiyaya təhdid kimi deyil, bir vasitə kimi baxmaq lazımdır. Gələcək insanla süni intellektin birlikdə çalışdığı bir dövr olacaq. Bu dəyişikliklərə uyğunlaşanlar üstünlük qazanacaq, uyğunlaşmayanlar isə risk altında qalacaq".

2030-da süni intellektdən istifadə etməyən peşələr sona çatacaq

Professor Kırık son olaraq bildirib: "Gələcək beş ildə süni intellekt istifadəsi artacaq. İnsan və süni intellektin birgə işlədiyi bir dövr başlayacaq. Bu dəyişikliklərə uyğunlaşanlar üstünlük qazanacaq, uyğunlaşmayanlar isə peşələrini itirəcək. Unutmaq olmaz ki, süni intellektin təsiri bütün peşələrdə hiss olunacaq. 2030-cu ilə qədər süni intellekti istifadə etməyən peşələr tarixə qovuşacaq. Amma insana hər zaman ehtiyac qalacaq, çünki süni intellekti yaradan və inkişaf etdirən elə insanın özüdür".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->