Xəbər lenti

Kamala Harris yenidən ABŞ prezidentliyinə namizəd ola bilər
Dünya 15:33 26.10.2025

Kamala Harris yenidən ABŞ prezidentliyinə namizəd ola bilər

Kamala Harris ABŞ-dakə növbəti prezident seçkilərində iştirak edə biləcəyini istisna etməyib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə BBC telekanalına müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, o, hələ siyasətdən uzaqlaşmaq niyyətində deyil.

"Mən bütün karyeramı cəmiyyətə xidmətə həsr etmişəm və bu, mənim qanımdadır”, deyə Harris qeyd edib.

Jurnalistin "Bir gün Ağ Evin ilk qadın rəhbəri ola bilərsinizmi?” sualına isə o, qısa şəkildə cavab verib: "Bəlkə də".

Bununla belə, Harris hələ prezidentliyə namizədliyini irəli sürmək barədə qərar qəbul etmədiyini vurğulayıb.

"Xidmət göstərməyin bir çox yolu var, amma gələcəkdə nə ilə məşğul olacağım barədə hələ qərar verməmişəm”, deyə siyasətçi əlavə edib.

Kamala Harris həmçinin bəzi sorğuların onun prezident yarışında zəif mövqedə olduğunu göstərməsi barədə fikirləri də rədd edib: "Əgər mən sorğulara qulaq assaydım, birinci və ikinci dəfə heç namizədliyimi irəli sürməzdim və əlbəttə ki, indi burada oturmazdım".

Digər tərəfdən, keçmiş Ağ Ev strateqi Stiv Bennon bildirib ki, hazırkı prezident Donald Tramp 2028-ci ildə də prezident olacaq və bu, onun üçüncü müddəti olacaq. Bennonun sözlərinə görə, insanlar bununla barışmalıdır.

Lakin ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, bir şəxs prezident postuna iki dəfədən artıq seçilə bilməz. Buna baxmayaraq, Bennon çıxış yollarının mövcud olduğunu iddia edib.

"Tramp ilahi iradənin daşıyıcısıdır. O, qüsurlu, dini baxımdan elə də sadiq olmayan bir insandır, lakin Tanrının iradəsini həyata keçirən vasitədir”, deyə strateq vurğulayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->