Xəbər lenti

Bu ölkəni çox adam tanımır, amma sakinləri dünyada hamıdan çox
Dünya 21:38 13.03.2026

Bu ölkəni çox adam tanımır, amma sakinləri dünyada hamıdan çox "Porsche 911" alır

Əksər insanlar bu ölkə haqqında eşitməyiblər, amma məlum olur ki, burda yaşayan insanlar Yer kürəsinin demək olar hər yerindən daha çox "Porsche 911" alırlar. Avropanın Almaniyadan İtaliyaya və Böyük Britaniyaya qədər zəngin avtomobil istehsalı tarixi var, lakin bu ölkənin zövqləri xüsusilə diqqətəlayiqdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Supercar Blondie" yazır.

Niyə "Porsche 911" bu ölkədə məşhurdur?

Bu ölkəyə səyahət bələdçilərində tez-tez rast gəlməyəcəksiniz. Bu, Fransa və İspaniya arasında yerləşən çox kiçik bir knyazlıq olan Andorradır.

Məqalədə deyilir: "Pireney dağlarında yerləşməsi nəzərə alınmaqla, həm də gözəlliyi, mükəmməl yolları və mənzərələri ilə heyranedicidir, burada avtomobillərdən, motosikletlərdən və digər nəqliyyat vasitələrindən zövq ala bilərsiniz. Çox aşağı vergi dərəcəsi və bank və turizm sənayesinin sürətli inkişafı sayəsində bu ölkə çox çiçəklənir".

Bu ölkədə cəmi 81 min nəfər əhali yaşayır, lakin onlar əhalinin varlı təbəqələrinə aiddirlər.

Qeyd olunur ki, "Porsche 911" ölkədə əsas avtomobildir və 2024-cü ildə ölkədə ən çox satılan avtomobil olub. Ümumilikdə bu avtomobil bu il 83 dəfə alınıb.

Aydın


--> -->