Xəbər lenti

Bu meyvə bədəndə yığılan yağları parçalayır - Yeni araşdırma
Sağlamlıq 18:34 13.02.2026

Bu meyvə bədəndə yığılan yağları parçalayır - Yeni araşdırma

Miçiqan Universitetinin mütəxəssislərinin apardığı araşdırmalar göstərir ki, kiçik ölçüsünə baxmayaraq, qaragilə(bluberi) meyvəsi yağ yandırılmasında mühüm rol oynayır. 

Qaynarinfo xəbər verir ki, həm iştahanı nəzarətdə saxlayan, həm də rafinə olunmuş şəkərə olan ehtiyacı kəskin azaldan bu qida artıq pəhriz siyahılarının yeni favorisinə çevrilib. 

Mütəxəssislərin sözlərinə görə, söhbət mavigilədən (bluberi) gedir. Antioksidantlarla zəngin olan meyvənin müntəzəm qəbulu yağ yandırılmasını dəstəkləyir və iştahın idarə olunmasına yardım edir. Yüksək lif tərkibinə malik mavigilə maddələr mübadiləsinin sürətlənməsinə kömək edir.

Üstəlik, şirniyyat istəyini azaltdığı üçün rafinə olunmuş şəkərdən uzaq durmağı asanlaşdırır.

Miçiqan Universiteti Kardiovaskulyar Mərkəzi tərəfindən aparılan tədqiqatlar göstərir ki, mavigilənin yer aldığı qidalanma rejimi daxili orqanlarda toplanan yağların azalmasına müsbət təsir göstərə bilər. Araşdırmalara əsasən, meyvənin tərkibindəki yüksək lif və güclü bitki piqmentləri maddələr mübadiləsini aktivləşdirir və xüsusilə visseral (daxili) piylənmənin azalmasında çox faydalıdır. Mövzu ilə bağlı fikirlərini bölüşən Dr. Neal Barnard bildirib ki, şirniyyat ehtiyacını qaragilə ilə qarşılayan insanlar rafinə olunmuş şəkərdən daha asan imtina edə bilirlər. Onun sözlərinə görə, müntəzəm istehlak nəticəsində çəki azalması müşahidə olunub və bu təsirin əsas səbəblərindən biri meyvənin yüksək lif tərkibi ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, meyvələr ümumilikdə aşağı kalorili qidalar sırasına daxildir. Lakin arıqlama prosesində əsas rol onların tərkibindəki bitki piqmentlərinə məxsusdur. Xüsusilə antosiyaninlər iştaha və maddələr mübadiləsinə təsir edərək yağ yandırılmasını stimullaşdıra bilər.

Yağ yandırıcı xüsusiyyətləri ilə seçilən qaragilə son illərin ən populyar meyvələrindən biri hesab olunur. 

Günay

--> -->