Xəbər lenti

Bu hakimlər 75 yaşına qədər vəzifədə qala biləcək
Ölkə 12:33 01.04.2025

Bu hakimlər 75 yaşına qədər vəzifədə qala biləcək

Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə qaldırılması təklif olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Konstitusiya Məhkəməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->