Müştərilərin "BTB Bank" ASC-dəki depozit otağına yerləşdirdiyi 316 min manat və 32 min ABŞ dolları nağd pulu oğurlanıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə martın 17-si saat 18:00 radələrində paytaxtın bankın Xətai rayonu, Y.Səfərov küçəsi 21 saylı ünvanda yerləşən ofisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Qrinkeviç Sergey Oleqoviç və 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç "BTB Bank"ın müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları məbləğində nağd pulu oğurlayıblar.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Şərhlər