Xəbər lenti

Bolqarıstanda sovet ordusuna qoyulmuş abidə söküləcək
Dünya 12:56 23.04.2024

Bolqarıstanda sovet ordusuna qoyulmuş abidə söküləcək

Bolqarıstanın Sofiya vilayətinin qubernatoru Vyara Todeva Sovet ordusuna ucaldılmış abidənin sökülməsini bərpa etmək qərarına gəlib. Abidənin sökülməsi "Dirçəliş” partiyasının tələbi ilə 2023-cü ildə dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Banker.bg administrasiyanın mətbuat xidmətinə istinadən yazır.
 
Nəşr xəbər verir ki, Sofiya vilayətinin qubernatorunun qərarı ilə əlaqədar abidənin üzərindən yazılar olan üzlük lövhələr götürüləcək. Abidənin əsas hissəsi artıq 2023-cü ilin dekabrında sökülüb. Nəşrin materialında sökülmə prosesinin hansı səbəbdən bərpa olunduğu göstərilmir.

Xatırladaq ki, 2023-cü il dekabrın 19-da Bolqarıstanın Sofiya Şəhər İnzibati Məhkəməsi Sovet ordusu abidəsinin sökülməsini dayandırmaq qərarına gəlib. Abidənin söküldükdən sonra hara göndəriləcəyi ilə bağlı şəhər administrasiyasının sənədlərində izahat olmadığı üçün məhkəmə belə qərar verib. Eyni zamanda, həmin vaxt abidənin özü də artıq sökülüb. Abidənin qanunsuz sökülməsi ilə bağlı iddianı "Dirçəliş” partiyası qaldırıb - onun üzvləri həmin il dekabrın 13-də abidənin sökülməsinə qarşı keçirilən mitinqdə iştirak ediblər.

Sökülmə başlamazdan əvvəl Vyara Todeva iddia edirdi ki, abidə 70 ildir bərpa olunmadığı üçün sökülür və bu səbəbdən də üzərində çatlar əmələ gəlib. Onun sözlərinə görə, abidə tədricən sökülməli və heykəllər Sosialist incəsənəti muzeyinə verilməlidir.

Sovet ordusunun abidəsi 1954-cü ildə Sofiyada sovet döyüşçülərinin şərəfinə ucaldılıb. O, Sofiyanın tam mərkəzində, Çar Liberator Bulvarında, Qartal Körpüsü ilə Sofiya Universiteti arasında yerləşir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->