BMT-nin baş katibi Antoniu Quterreş bildirib ki, ekoloji böhran və bərabərsizliyin artması nəticəsində yarana biləcək planetar fəlakətin qarşısını almaq üçün ölkələr dövlət rifahının yeganə göstəricisi kimi ümumi daxili məhsuldan (ÜDM) imtina etməlidirlər.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Guardian" qəzetinə müsahibəsində danışıb.
"Biz ətraf mühiti həqiqətən dəyərləndirməli və tərəqqinin göstəricisi kimi ÜDM çərçivəsindən kənara çıxmalıyıq", deyə Quterreş vurğulayıb.
Onun sözlərinə görə, cəmiyyətin rifahını ölçən model "insanlar və onların icmaları üçün həqiqətən vacib olan amilləri” nəzərə almalıdır. Quterreş qeyd edib ki, ÜDM-in artırılması naminə insanlar təbiəti məhv edir, məsələn, meşələri qırır və ya balıq ehtiyatlarını normadan artıq ovlayırlar. Bu baxımdan ÜDM əsasən ani mənfəət və zərərləri əks etdirir.
Eyni zamanda BMT baş katibi yeni iqtisadi modelin hansı konkret göstəriciləri əhatə etməli olduğunu açıqlamayıb.
Aydın
Şərhlər