Xəbər lenti

Bank sistemində unikal müştəri sayının azlığının səbəbi nədir? - Ekspert
Ekonomiks 12:10 24.04.2025

Bank sistemində unikal müştəri sayının azlığının səbəbi nədir? - Ekspert

Aprelin 23-də Mərkəzi Bankın sədri Taleh Kazımovla iqtisadçıların görüşü keçirilib. 9 iqtisadçının iştirak etdiyi görüşdə sədr bank sistemi ilə bağlı bir neçə məsələyə toxunub. 

Sədrin toxunduğu məsələlərdən biri unikal əmanət hesabları ilə bağlı olub. O, cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu deyib. Taleh Kazımov bu rəqəmin azlığından şikayətlənib.

İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında sözügedən görüşün iştirakçılarından olduğunu bildirib:

"Taleh Kazımov bu rəqəmin azlığından şikayətləndi. Bunlar unikal müştərilərdir. Əvvəl bu rəqəm çox az olub, amma son dövrlərdə artıb. Taleh Kazımov dedi ki, hazırda bank sistemində unikal müştəri sayının artması ilə bağlı iş gedir".
 


Əkrəm Həsənov bunun səbəbini vətəndaşların bank sisteminə inamsızlığı ilə əlaqələndirib:

"Banklara etimad azalıb, insanların çoxu pulunu evdə saxlayır. Bu da başa düşüləndir. Bu günün bank sistemi Elman Rüstəmova məxsusdur. Onun bank sistemini nə hala qoyduğu hamının gözü qarşısındadır. Bu sistemə etimad az olub".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->