Xəbər lenti

Balotelli:
İdman 15:27 08.09.2023

Balotelli: "A Seriyası Türkiyə Superliqasından daha aşağı səviyyədədir"

Məşhur italiyalı futbolçu Mario Balotelli Türkiyə Superliqasını İtaliya A seriyası ilə müqayisə edib.

Qaynarinfo-nun məlumatına görə, 2021-2022 mövsümündə "Adana Demirspor"da oynamış hücumçu Superliqanı daha çox tərifləyib. O, Superliqanın İtaliya A Seriyasından daha yüksək səviyyədə olduğunu vurğulayıb.

"Corriere dello Sport"a danışan Balotelli liqaları müqayisə edərək, "Digər liqaların səviyyəsi yüksəlir. A Seriyasının bir neçə matçına baxarkən onları Türkiyədəki futbolla müqayisə etdim. Demək olar ki, A Seriyası Superliqadan daha aşağı səviyyədədir"

"Adana Dəmirspor”dan "Sion”a transfer olunan Balotelli İsveçrə klubunda intizamsız hərəkətləri səbəbindən bir müddət sonra heyətdən kənarlaşdırılıb. O, gələcəyi ilə bağlı açıqlaamsında, "İtaliyaya qayıdıb-qayıtmayacağımı bilmirəm, oynamaq istəyirəm. "Sion"da bəzi problemlərim var, amma onları həll etmək olar".

İtaliyalı hücumçu 2019-cu ildə "Marsel"də oynayarkən Çindən astronomik təkliflər aldığını da etiraf edib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->