Xəbər lenti

Balotelli:
İdman 11:47 06.10.2023

Balotelli: "10 milyon avroya həvəskarlar liqasında da oynayaram"

"Marsel" və "Nitsa"nın keçmiş ulduzu, hazırda "Adana Dəmirspor"da forma geyinən Mario Balotelli PSJ-də oynamaq üçün şərtlərini deyib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu bunun üçün 10 milyon avro istəyir.  "TVPlay"a danışan Balotelli, "PSJ-dən təklif gəlsə, gedərdinizmi" sualıını belə cavablandırıb: "Mümkün deyil, ola bilməz, çünki mən "Marsel” və "Nitsa”da oynamışam, ona görə də mümkün deyil”. Jurnalistin "Bəs 10 milyon avro maaş təklif etsələr necə olar” sualını 33 yaşlı hücumçu bu şəkildə cavablandırıb: "Əlbəttə ki, oynayacam. 10 milyon avroya hətta qardaşımın komandasına da keçib orada oynayaram".

Balotellinin qardaşı Enock Barvuah Türkiyədə "Adana Dəmirspor" və "Menemenspor"la qısa müddətli macəralarından sonra keçən il İtaliya Həvəskarlar Liqasında "Rovato Calcio"da oynamağa başlayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->