Xəbər lenti

Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)
Video 11:05 30.01.2026

Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.

Qaynarinfo xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.

Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

--> -->