İstifadəçi rahatlığını artırmaq məqsədilə "AzParking" mobil tətbiqinə daha bir yenilik əlavə olunub. Beləliklə artıq sürücülər parklanma ödənişlərini Google Pay və Apple Pay vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərlər.
Qayanrinfo xəbər verir ki, yeni funksiya ödəniş prosesini daha sadə və operativ edir. İstifadəçilər bank kartı məlumatlarını ayrıca daxil etmədən, bir neçə toxunuşla parklanma ödənişini tamamlaya bilirlər.
"AzParking" mobil tətbiqi şəhər parklanmasını rahat, müasir və rəqəmsal hala gətirmək məqsədilə funksional imkanlarını davamlı olaraq genişləndirir və innovativ həllər təqdim edir.
Şərhlər