Moskvada "Enerji həftəsi-2024” proqramı çərçivəsində MDB ölkələri arasında Gənc Mühəndislərin Beynəlxalq Liqası yarışmasının final mərhələsi keçirilib. 6 ölkədən 11 komandanın iştirak etdiyi həlledici mərhələdə Azərbaycanı "Azərişıq” ASC-nin "GreenAz” və "Azerlight” komandaları təmsil edib.
"GreenAz” komandası Gənc Mütəxəssislərin Beynəlxalq Liqasında "Külək parkında olan boş ərazilərin istifadəsi”, "Azerlight” komandası "Su elektrik stansiyalarına günəş panellərinin inteqrasiyası” mövzusu ilə çıxış ediblər. Komandalarımızın layihələri ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə beynəlxalq yarışda "GreenAz” üçüncü, "Azerlight” komandası isə 5-ci yerə layiq görülüb. Azərbaycan komandasının üzvləri və ekspertlər qrupu yarışda uğurlu iştirakına görə təşəkkür məktubu ilə mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqə MDB ölkələri arasında energetika sahəsində tədqiqat və təcrübə mübadiləsi, yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühim rol oynayıb.
Şərhlər