Azərbaycan Milli Olimpiya Komitəsində təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
Qaynarinfo xəbər verir ki, komissiyanın tərkibi aşağıdakılardan ibarətdir:
Azər Əliyev – MOK Baş katibi, Komissiyanın sədriTəhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin İcraçı direktoruElgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiriXəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədriFəridə Əzizova – Atletlər Komissiyasının sədri
"Komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək" - məlumatda qeyd olunur.
Şərhlər