Xəbər lenti

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq
Ölkə 11:57 06.10.2025

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq

Səhiyyə Nazirliyi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirib.

Bu barədə Qaynarinfo-ya nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə "Sanofi Pasteur" Fransa şirkətinin istehsalı olan vaksin tam təhlükəsiz və yüksək keyfiyyətlidir.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, oktyabrın 8-dən etibarən vaksinasiyaya başlanılacaq.

Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.

Nazirlik əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->