Xəbər lenti

Azərbaycanda ötən ilin orta illik inflyasiyası açıqlandı
Ölkə 12:45 14.01.2026

Azərbaycanda ötən ilin orta illik inflyasiyası açıqlandı

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 faiz təşkil edib.

Qaynarinfo bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,4 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib.

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
--> -->