Xəbər lenti

Ötən ildə neçə ton çay yarpağı yığılıb?
Ekonomiks 09:26 19.01.2026

Ötən ildə neçə ton çay yarpağı yığılıb?

2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 204,9 ton yaşıl çay yarpağı yığılıb.

Qaynarinfo bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul yığımı 135,7 ton və ya 12,7% artıb.

Qeyd edək ki, 2025-ci ildə yaşıl çay plantasiyalarının ümumi sahəsi 947,8 hektar təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində 1 069,2 ton məhsul yığılmışdı.
--> -->