Xəbər lenti

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir-birinin üzərinə atır (VİDEO)
Video 21:43 18.01.2026

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir-birinin üzərinə atır (VİDEO)

Bakının Nizami rayon, Babək prospekti 87, 2390-cı məhəllədə yerləşən binada yaşayan sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

Həmin binada yüzdən çox ailə yaşayır, hamısının da problemi mənzillərinə çıxarışın verilməməsidir.

Sakinlər bildirirlər ki, bina 2020-ci ildən təhvil verilib. Mənzili alarkən də tezliklə çıxarış veriləcək deyə müqavilə imzalayıblar.

Onlar çıxarışın verilməməsinin dəqiq səbəbini bilmirlər, amma bilinən odur ki, bununla bağlı 100-dən artıq ailə əziyyət çəkir.

Binanı inşa edən "Yusifoğlu İnşaat” MMC-nin vəkili və namayəndəsi olduğunu deyən Rəşad Abdıyev "Xəzər Xəbər"ə bildiriv ki, məsələ ilə bağlı sakinlərlə eyni mövqedədirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çıxarışa icazə vermədiyinə görə məhkəmə mübahisəsinə keçiblər.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirili. ki, binaya çıxarışı Əmlak Məsələləri Dövlət Xidməti verir. Ətraflı araşdırıb məlumat vermək isə həftəsonu oldğundan mümkün deyil.

Əmlak Məsələləri Dövlət Xidmətindən isə sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi binanın istismara icazə aktını təqdim etməlidir ki, binaya çıxarış verilsin.

--> -->