Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda külək elektrik stansiyalarında (KES) 73,5 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Qaynarinfo bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 milyon kVt-saat və ya 61,2% çoxdur.
Eyni zamanda, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 532,3 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili ilk 10 ayındakı göstərici ilə müqayisədə 46 milyon kVt-saat və yaxud 9,5% artım deməkdir.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-oktyabr aylarında 2,818 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 542,7 milyon manat təşkil edib.
Şərhlər