Xəbər lenti

Azərbaycanda güclü zəlzələ gözlənilir? (AÇIQLAMA)
Ölkə 09:44 22.05.2025

Azərbaycanda güclü zəlzələ gözlənilir? (AÇIQLAMA)

Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur.

Bu sözləri Trend-in sorğusuna cavab olaraq Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, qardaş Türkiyənin seysmotektonik quruluşu Azərbaycanla eyni deyil.

"Həm Türkiyə, həm də Azərbaycan seysmik aktiv bölgələrdə yerləşsələr də oradakı zəlzələlərin bizim ərazilərimizə hər hansı təsiri yoxdur. Zəlzələnin dəqiq proqnozu olmadığına görə heç kim zəlzələ olacaq yaxud olmayacaq kimi proqnoz verə bilməz. Xırda hiss olunmayan zəlzələlər hər gün qeydə alınır və belə zəlzələlərin heç bir təsiri yoxdur. Maqnitudası 3 və 3-dən yuxarı zəlzələlər haqqında məlumatlar isə mərkəzin rəsmi saytında və sosial şəbəkələrdəki rəsmi səhifələrindən ictimaiyyətə açıqlanır",- deyə o əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->