Növbəti illərdə biz yeniliklər görəcəyik.
Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti illərdən təhsil sistemində innovativ yeniliklər tətbiq olunacaq.
"Təhsil ictimaiyyəti olaraq yenilənməyə hər zaman açıq olmalıyıq. Təhsilin kökündə dayanan fundamental elmlərdir, məhz inkişafa aparan bu elmlərdir. Dövrün reallıqlarına uyğun olaraq yeni ixtisasların açılmasını da görəcəyik”, - deyə nazir əlavə edib.
Şərhlər