Xəbər lenti

Azərbaycan-İsral kinematoqrafçılarının birgə filmi təqdim olundu (FOTO)
Foto 12:15 09.07.2025

Azərbaycan-İsral kinematoqrafçılarının birgə filmi təqdim olundu (FOTO)

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Azərbaycan-İsrail Beynəlxalq Assosiyasiyasının” (Azİz) təşkilatçılığı ilə Azərbaycan-lsraili kinematoqrafçılarının birgə istehsalı olan "Sevgimizin yolları” filminin təqdimatı keçirib.

Tədbirdə tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.

"Sholumi”(İsrail) studiyasının məhsulu olan ekran əsərində Azərbaycan əsilli aşkenazi yəhudisi ilə müsəlman azərbaycanlının əbədi məhəbbət hekayəsindən bəhs edilir, həmçinin İsrail və Azərbaycan xalqlarının dostluğu tərənnüm olunur. Filmin qəhrəmanları Mixail və Yeganə Salmanlar hazırda İsraildə yaşayır və hər ikisi Azərbaycan-İsrail xalqları arasında münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfələr verən diaspor fəallarıdırlar.

Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov (Azərbaycan), prodüsser Shaul Siman-Tovdur(İsrail), operatorları Royal Quluzadə, Vusal Nazimoğlu və  Sərxan Mədətlidir (Azərbaycan).

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->