Almaniya müdafiə naziri Boris Pistorius bildirib ki, NATO-dakı hazırkı vəziyyət 20 illik evlilikdən sonra ailədə yaranan böhranla oxşardır.
Qaynarinfo xəbər verir ki, bu bəyanatı o, RND ilə müsahibəsində verib.
Pistoriusa ABŞ-ın NATO üzv dövlətinə hücum halında yardım edəcəyinə əmin olub-olmadığı soruşulub. O, Alyans daxilində etimad böhranının mövcudluğunu etiraf edib.
"İcazə verin biraz qeyri-adi bir müqayisə edim. 20 il birgə yaşamış insanlar bir anda böhran yaşaya bilərlər. Etimad böhranı, ayrı-seçkilik böhranı. Və ya həyatdakı prioritetlər dəyişir. Sadə dillə desək, bu zaman iki dərin insan, instinktiv impuls yaranır: qaçmaq və ya mübarizə aparmaq”, deyə Almaniya müdafiə naziri qeyd edib.
Nazirin sözlərinə görə, NATO daxilində hələ də birlik mövcuddur və ABŞ Alyansı tərk etməyi planlaşdırmır:
"Qeyd edim ki, bu müzakirədən yeganə qazanan şəxs Putin olacaq” .
NATO ABŞ-ı daxil etmədən genişmiqyaslı təlimlər keçirir
Bundan əvvəl "The New York Times" yazıb ki, NATO Steadfast Dart ("Sabit Ox”) adlı genişmiqyaslı təlimlərə başlayıb, 11 ölkədən təxminən 10 000 hərbçi iştirak edir. Lakin ABŞ bu təlimlərə qoşulmayıb.
Qeyd olunur ki, təlimlər ABŞ prezidenti Donald Trampın NATO-ya ünvanlanan tənqidlərinin fonunda baş tutur və Avropa müttəfiqlərinin müstəqil hərəkət edə bilmə qabiliyyətini yoxlamaq məqsədi daşıyır. Təlimlər NATO-nun Reaksiya Qüvvələrini sınamalı və müttəfiqlərin qitənin bir ucundan digərinə qüvvə və texnika tez bir zamanda köçürə biləcəyini qiymətləndirməlidir.
Aydın
Şərhlər