Xəbər lenti

Sənət 15:51 09.10.2024

"Artıq üzü o tərəfə gedirik" - Kliniki ölüm keçirən aktyor danışdı

Aktyor Natiq Fərzəliyev kliniki ölüm keçirməsindən danışıb.
 
Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, hadisədən 3 aydan çox vaxt keçib.

"Mən özümdə olmamışam, 3 saata yaxın uzanıb qalmışam. Ayılanda dedilər ki, kliniki ölüm keçirmisən. Heç nə yadıma gəlmir. İnsan həyatıdır, keçdi getdi. Hardasa yığılır və birdən partlayır. İndi yaşamağa dəyər. Hadisə AzTV-in çəkilişində baş verib. Novruz bayramı ilə bağlı tamaşa çəkirdik. Hadisədən əvvəl bir neçə dəfə özümü pis hiss edirdim. Evə təcili yardım da gəlib, təzyiqim aşağı düşmüşdü. Fərqinə varmırdım. Çəkiliş vaxtı özümdən getmişəm, bir saat açıq havada betonun üstündə qaldım", deyə Natiq Fərzəliyev bildirib.

Aktyor həmin vaxt yanında bir neçə həmkarının olduğunu söyləyib:

"Gözümü açanda hamı ağlayırdı. Həmin vaxt heç kəsin yadına təcili yardım çağırmaq düşməyib. Bir su verdilər, yavaş-yavaş özümə gəldim. Səhəri məni həkimə apardılar. Müayinədən sonra müalicə yazdılar. İndi xeyli düzəlmişəm. Yorğunçuluqdan da ola bilər. Belə hadisələri danışmağı sevmirəm. Tamaşalar, çəkilişlər, yemək rejimləri pozuldu və s. Yaşımız da o yaş deyil, artıq üzü o tərəfə gedirik. Məni sevənlərə səslənirəm, narahat olmayın, özümü nəzarətdə saxlamağa çalışıram”. 

Qeyd edək ki, aktyor Natiq Fərzəliyev kanalların birində kliniki ölüm keçirdiyini açıqlayıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->