Xəbər lenti

“Arsenal” son dəqiqə qolları ilə
İdman 21:55 03.09.2023

“Arsenal” son dəqiqə qolları ilə "Mançester Yunayted"ə qalb gəldi

İngiltərə Premyer Liqasının 4-cü turunu mərkəzi qarşılaşmasında "Arsenal” "Mançester Yunayted”i qəbul edib.

"Report” xəbər verir ki, Entoni Teylorun idarə etdiyi matçda 4 qol vurulub.

Belə ki, oyunda hesabı qonaqlar açıb. 27-ci dəqiqədə "Mançester Yunayted”in hücumçusu Markus Reşford danimarkalı Kristian Eriksenin mükəmməl ötürməsindən sonra topu tora göndərib. Lakin "qırmızı şeytanlar”ın üstünlüyü cəmi 1 dəqiqə çəkib. 28-ci dəqiqədə Martin Edeqor Qabriel Martinellinin ötürməsini qola çevirib. Oyundan növbəti qol oyunun sonuna əlavə edilmiş dəqiqələrdə vurulub. 96-cı dəqiqədə "topçular”ın dayaq yarımmüdafiəçisi Deklan Raysın zərbəsindən sonra top qonaqların yarımmüdafiəçisi Alexandro Qarnaçoya dəyərək qapıya girib. Matçda yekun qol 111-ci dəqiqədə vurulub: Fabiu Vieyranın ötürməsindən sonra Qabriel Jezus topu tora qovuşdurub. Beləliklə, qarşılaşma "Arsenal” "Mançester Yunayted” üzərində 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Arsenal” 4 oyundan sonra 10 xalla 5-ci pillədə qərarlaşıb. London təmsilçisi növbəti turda Liverpulda "Everton”un qonağı olacaq. "Mançester Yunayted” isə 4 turdan sonra 2 qələbə və 2 məğlubiyyətlə 11-ci pillədə qərarlaşıb. "Qırmızı şeytanlar”ın 6 xalı var. "Mankunianlar” gələn turda "Old Trafford”da 6-cı pillədəki "Brayton”u qəbul edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->