Xəbər lenti

Ararat Mirzoyan:
Siyasət 21:17 28.01.2026

Ararat Mirzoyan: "Ermənistan yaxın zamanlarda Türkiyə ilə sərhədin qismən açılmasını gözləyir"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın günlərdə və ya həftələrdə Türkiyə ilə sərhədin qismən açılmasını gözlədiyini bəyan edib.

Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bunu Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında deyib.

Onun sözlərinə görə, tərəflər artıq Gümrü-Qars dəmir yolunun bərpası barədə razılığa gəliblər.

"Mən ümid edirəm ki, yaxın günlərdə və həftələrdə sərhədin ən azı qismən açılmasını, daha sonra isə zamanla tam açılmasını görəcəyik. Əminəm ki, bu, həm Ermənistan, həm də Türkiyə xalqı üçün faydalı olacaq", - deyə nazir vurğulayıb.
--> -->