Xəbər lenti

Ölkə 19:52 09.01.2026

"Azərşəkər"in sabiq rəhbəri ağır cinayətlərdə ittiham olunur

​​"Azərşəkər” MMC-nin sabiq rəhbəri və daha iki nəfər külli miqdarda mənimsəmədə ittiham olunur.

APA-nın xəbərinə görə, bununla bağlı cinayət işi məhkəməyə daxil olub. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun icraatına verilib.

"Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev, onunla yanaşı Əvəz Süleymanov və Ruslan Ələsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək), 313-cü (Vəzifə saxtakarlığı), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunur.

Zərərçəkmi qismində "Azərşəkər” MMC və "Dastan Agro” şirkəti tanınır.

Cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
--> -->