Xəbər lenti

Almaniya Gürcüstanın bu məmurlarına qarşı sanksiyalar tətbiq etdi
Dünya 13:55 25.03.2025

Almaniya Gürcüstanın bu məmurlarına qarşı sanksiyalar tətbiq etdi

Almaniya ölkənin Avropa İttifaqına inteqrasiyasını dəstəkləyən etirazların yatırılmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə qarşı əlavə sanksiyalar tətbiq edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Almaniya XİN-in açıqlamasına görə, Gürcüstan vətəndaşları artıq üç aya yaxındır ki, ölkənin Avropa İttifaqına doğru irəliləməsi uğrunda mübarizə aparır və hakimiyyətin siyasətinə etiraz edirlər.

"Onlar hələ də hədə-qorxu, həbslər və zorakılıqla üzləşirlər. Bu gün Almaniya Gürcüstandakı etirazların yatırılmasına görə məsuliyyət daşıyan bir sıra məmurlar üçün ölkəyə giriş qadağası tətbiq edib", – deyə XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki:

• Dekabr ayında Böyük Britaniya və ABŞ Gürcüstanın daxili işlər naziri və güc strukturlarının digər nümayəndələrinə qarşı sanksiyalar tətbiq etmişdi.

• Yanvarın 27-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul ediblər.

• Slovakiya və Macarıstan bu qərara qarşı çıxsa da, səs çoxluğu tələb olunduğundan onların mövqeyi nəticəyə təsir etməyib.

• Diplomatik pasportlara vizasız rejimin ləğvi əsasən simvolik addım hesab edilir, çünki Gürcüstan rəsmilərinin adi pasportları da var və onlar bu pasportlarla vizasız səyahət edə biləcəklər. 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->