Sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ilk dəfə olaraq Almaniya kansleri postuna öz namizədini irəli sürüb.
Qaynarinfo xəbər verir ki, seçkilərdə partiyanın həmsədri Elis Veydel iştirak edəcək.
"Biz milli sorğularda ikinci ən böyük qüvvəyik. Hökumətdən açıq şəkildə şikayətlər alırıq. Bu səbəbdən AfD ilk dəfə kanslerliyə namizəd irəli sürür. Bu, böyük bir gün olacaq", deyə ZDF Elis Veydeldən
sitat gətirir.
Dekabrın əvvəlində AfD seçki proqramını təqdim edib. Burada partiyanın miqrasiya siyasətini sərtləşdirmək, abort hüququnu məhdudlaşdırmaq, Avropa İttifaqından çıxmaq və Rusiya ilə münasibətləri yaxşılaşdırmaq planlarından bəhs edilir. Elis Veydel kansler vəzifəsinə namizəd göstərildikdən sonra Ukraynaya silah tədarükünü məhdudlaşdırmaq niyyətində olduğunu da açıqlayıb.
Noyabrın əvvəlində Almaniya kansleri Olaf Şolts maliyyə naziri Kristian Lindneri istefaya göndərib və bu, hakim koalisiyada parçalanmaya səbəb olub. Daha sonra Şolts yeni hökumətin formalaşmasına imkan verəcək kansler üçün erkən seçkilər elan edib. Seçki 23 fevral 2025-ci il tarixinə planlaşdırılıb. Olaf Şolts yenidən seçkilərdə iştirak etməyə hazır olduğunu açıqlayıb.
Aydın
Şərhlər