Xəbər lenti

Şahzadələr arasında qalmaqal: Uilyam Harrini tacqoyma mərasimində görmək istəmir
Dünya 23:57 19.08.2024

Şahzadələr arasında qalmaqal: Uilyam Harrini tacqoyma mərasimində görmək istəmir

Şahzadə Uilyam münaqişədən sonra qardaşı şahzadə Harri ilə ünsiyyət qurmaqdan çəkinir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Böyük Britaniya kralı III Çarlzın böyük oğlu iki ilə yaxındır ki, qardaşı ilə danışmır və onunla münasibət qurmağa çalışmır. Şahzadə Uilyamın yaxınları iddia edirlər ki, o, hətta Harrinin özünün gələcək tacqoyma mərasimində iştirakının əleyhinədir.

Qardaşların ən yaxın dostlarından biri deyib: "Onlar bir-birindən ayrıldılar, bu çox kədərlidir".

İyul ayında III Çarlzın keçmiş eşikağası Qrant Harrold dedi ki, şahzadə Harri "The Spare One" adlı xatirə kitabını dərc etdiyinə görə açıq şəkildə üzr istəməsi şərti ilə kral ailəsinə qaytarılacaq.

Susseks hersoqunun avtobioqrafik kitabı, məzmunu ilə bağlı xəbərlərin səbəb olduğu bir sıra qalmaqallardan sonra 10 yanvar 2023-cü ildə nəşr olunub. Şahzadə Harri xatirələrində öz həyatı haqqında səmimi danışıb və kral ailəsini tənqid edib. Məsələn, Kral III Çarlzın kiçik oğlu iddia edir ki, onu "Halloween" üçün nasist kostyumu geyinməyə məcbur edənlər Keyt Middleton və şahzadə Uilyamdır.

Kitabın buraxılmasından əvvəl, 2022-ci ilin dekabrında şahzadə Harri və həyat yoldaşı Meqan Markl həyatları haqqında altı hissədən ibarət sənədli film təqdim edib. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->