Xəbər lenti

Afrika Millətlər Kubokunun qalibi nə qədər mükafat qazanacaq?
İdman 13:25 13.01.2024

Afrika Millətlər Kubokunun qalibi nə qədər mükafat qazanacaq?

Afrika Millətlər Kubokuna bugündən etibarən start verilir.

Qaynarinfo-nun məlumatına görə, sonuncu dəfə Seneqal millisinin qalib olduğu turnir ilk dəfə 24 komanda ilə keçiriləcək. Qitə futbolunun ən prestijli turniri sayılan  və tarixində 34-vü dəfə keçiriləcək Afrika Millətlər Kuboku 13 yanvar, 11 fevral tarixləri arasında baş tutacaq. Builki yarış Fil Dişi Sahilində keçiriləcək. Sözügedən ölkə 1984-cü ildən bəri ilk dəfə bu yarışın ev sahibi olacaq. 

Turnirdə altı müxtəlif qrupda yer alan komandalar növbəti mərhələyə çıxmaq üçün ilk iki yerdən birini tutmağa çalışacaq. Bundan başqa, qruplarda üçüncü yeri tutan ən yaxşı dörd komanda da növbəti mərhələyə yüksələcək. 

Turnirdəki qruplar belədir:

A qrupu: Fil Dişi Sahili, Nigeriya, Ekvator Qvineyası, Qvineya-Bissau
B qrupu: Misir, Qana, Kabo-Verde, Mozambik
C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya
D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola
E qrupu: Tunis, Mali, Cənubi Afrika, Namibiya
F qrupu: Mərakeş, Konqo Demokratik Respublikası, Zambiya, Tanzaniya

Bəs bu il çempion olan komanda nə qədər qazanacaq? Afrika Futbol Konfederasiyası bu il çempion komandaya ödəniləcək pul miqdarını 40 faiz artırıb. Fevralın 11-də keçiriləcək final matçında qalib olan tərəf ümumilikdə yeddi milyon ABŞ dolları qazanacaq. Turnirdə ikinci yeri tutan komanda isə dörd milyon dollar əldə edəcək. Yarımfinala yüksələn iki komanda isə hərəyə 2,5 milyon dollar gəlirə sahib olacaq. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->