Müharibədə Rusiyadan 115 min, Ukraynadan isə 57,5 min nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ rəsmiləri arasında olan mənbələr "The New York Times”a
bildiriblər.
Bu qiymətləndirmə "The Wall Street Journal”ın Qərb kəşfiyyatına istinadən daha əvvəl istinad etdiyindən fərqlidir.
ABŞ rəsmiləri NYT-yə bildiriblər ki, ümumilikdə Rusiyanın müharibədə itkiləri təxminən 615 min nəfər təşkil edib. Onların sözlərinə görə, 500 mini yaralanıb.
Bir ABŞ rəsmisinə görə, Ukraynalıların itkiləri 250 min təşkil edib. Ölkənin ümumi itkiləri 300 mini keçib.
NYT mənbələrinə görə, sentyabr ayı Rusiya üçün müharibədə ən qanlı ay olub. Lakin onlar Rusiyanın son bir ayda nə qədər hərbçi itirdiyini dəqiqləşdirməyiblər.
Ağır itkilər Rusiyanı tez bir zamanda cəbhəyə əlavə qüvvələr göndərməyə məcbur edib. Qəzetin mənbələri bildirirlər ki, çox vaxt bunlar zəif təlim keçmiş hərbi qulluqçulardır.
Amerika rəsmiləri hesab edir ki, Rusiya hər ay 25 mindən 30 minə qədər yeni hərbi qulluqçu cəlb edir. NYT mənbələrinin məlumatına görə, Vladimir Putin Rusiyada səfərbərlikdən qaçmağa çalışır.
Qeyd edək ki, sentyabrın ortalarında Qərb rəsmilərinin müharibə tərəflərinin itkiləri ilə bağlı qiymətləndirmələri dərc edilib. Qəzetin həmsöhbətləri Rusiya tərəfindən öldürülənlərin sayını 200 min, yaralıların sayını isə 400 min nəfər qiymətləndiriblər. Qəzet qeyd edib ki, müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının Rusiya itkiləri ilə bağlı təxminləri fərqlidir və hesablamaları hansı ölkənin verdiyini dəqiqləşdirməyib.
Həmin qiymətləndirmələrə görə, Ukrayna tərəfindən öldürülənlərin sayı 80 min, yaralıların sayı isə 400 min nəfərdir. "Mediazona" və BBC Rus Xidməti sentyabrın sonuna qədər ölən 71 min rusiyalı hərbçinin adlarını müəyyən edə biliblər. Rəsmi olaraq nə Rusiya, nə də Ukrayna cari itkiləri açıqlayır.
Nizami Bağırov
Şərhlər