Xəbər lenti

ABŞ rəsmi olaraq Avropanı
Dünya 14:12 07.05.2026

ABŞ rəsmi olaraq Avropanı "terrorizm inkubatoru" kimi tanıdı

ABŞ administrasiyasının terrorizmlə mübarizəyə dair yeni strategiyasında Avropa "terrorizm inkubatoru" kimi təqdim olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” qəzeti yazıb.

Nəşrin məlumatına görə, sənəddə ən sərt ifadələr məhz Avropaya aiddir. Orada bildirilir ki, yaxşı təşkilatlanmış düşmən qruplar açıq sərhədlərdən və onlarla bağlı qloballaşma ideallarından istifadə edirlər. Həmçinin qeyd olunur ki, Qərb mədəniyyəti və dəyərlərinin beşiyi sayılan Avropa indiki mərhələdə "məqsədli tənəzzülü” dayandırmaq üçün dərhal addım atmalıdır.

Sənəddə deyilir: "Dünya o zaman daha təhlükəsiz olur ki, Avropa güclüdür, lakin Avropa ciddi təhlükə altındadır və həm terrorçular üçün hədəf, həm də terror təhdidlərinin mənbəyinə çevrilir”.

Strategiyanın müəllifi, ABŞ-ın terrorizmlə mübarizə üzrə koordinatoru Sebastyan Qorka bildirib ki, Vaşinqton müttəfiqləri "onların nə təklif edə biləcəklərinə görə” qiymətləndirəcək. Onun sözlərinə görə, ABŞ Avropadan daha çox töhfə gözləyir.

Aydın

--> -->