ABŞ və Qərb ölkələri Çinin Rusiyanın müdafiə sənayesi bazasına verdiyi dəstəkdən narahatdır. Pekin Moskvaya silah istehsalında kömək edir.
Qaynarinfo xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinkenin NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı dediyi kimi, müttəfiqlər Ukraynaya qarşı müharibəni dayandırmaq üçün işğalçı ölkəyə qarşı yeni sanksiyalar tətbiq edirlər.
Bundan əlavə, Kiyevin tərəfdaşları müdafiə sənayesi bazasını saxlayan və bununla da Kremlə müharibəni davam etdirməyə imkan verən ölkələri diqqətlə izləyir. Pekin Rusiyaya silah verməsə də, kritik dəstək verir.
"Beləliklə, Rusiyanın idxal etdiyi dəzgahların 70%-i, mikroelektronikanın 90%-i Çindən gəlir və bu, Rusiyaya öz müdafiə sənayesi bazasını, hərbi maşınını saxlamağa dəstək verir. Ona görə də bu dayanmalıdır”, - Amerika diplomatiyasını rəhbəri qeyd edib.
Onun sözlərinə görə, ABŞ və Qərb Rusiyanın Avropa ölkələrindəki aktivlərini müsadirə etməyə və Ukraynaya əlavə olaraq 50 milyard dollar yardım ayırmağa çalışır. Bir neçə gün əvvəl müttəfiqlər "çox təsirli yenidənqurma konfransı keçirdilər və bu konfransda Ukraynaya, xüsusən də enerji sektorunda digər dəstək formalarına baxıldı”.
Mayın 16-da Vladimir Putin Çin lideri Si Szinpinlə görüşüb, sanksiyalar və Ukraynadakı müharibə haqqında danışıb. Açılış nitqində Si Moskva və Pekin arasındakı "dostluğu" vurğulayıb.
"Financial Times” yazır ki, Rusiya, alıcıların kölgə şəbəkələrindən istifadə edərək, Çində işlənmiş maşınlar axtarır, silah istehsalını artırmaq üçün həyati vacib avadanlıq əldə etməyə çalışır.
Tezliklə Çin Ukraynada müharibəni qızışdırmaq və Avropa iqtisadiyyatına çıxış arasında seçim etməli olacaq, - Business Insider qeyd edir.
"Prezident Si ictimaiyyətdə sanksiyalardan qaçmaq və ticarəti davam etdirmək üçün münaqişədə arxa plana keçdiyi təəssüratı yaratmağa çalışıb. Amma reallıq ondan ibarətdir ki, Çin İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük silahlı münaqişəni qızışdırır. Eyni zamanda Qərblə yaxşı münasibətləri dəstəkləmək istəyir. Ancaq Çin nə vaxtsa kursu dəyişməsə, müttəfiqlər müəyyən qərarlar qəbul etməli olacaqlar”, - Stoltenberq bildirib.
Alpər
Şərhlər