Xəbər lenti

62 yaşı tamam olan Əməkdar artist arzusunu dedi
Sənət 11:11 09.09.2025

62 yaşı tamam olan Əməkdar artist arzusunu dedi

"Allah heç kimi kiməsə möhtac etməsin. Elə özümü də”.

Bunu Qaynarinfo-ya Əməkdar artist Füzuli Hüseynov ad günü arzularından danışarkən deyib. Aktyor bildirib ki, bu cəmiyyətdə kiminsə kiməsə möhtac olmasından dəhşətli heç nə ola bilməz:

"İnsanları dərdsiz, qəmsiz görmək istəyirəm. Sağlam yaşasınlar, yaxşı dolansınlar, imkanları başlarından aşsın”.

Aktyor cəmiyyətdə ona qarşı olan sevginin izahını belə verib:

"Cəmiyyət məni sevir, Allah onları var eləsin. Amma bu sevgi qarşılıqlıdır. Onlar məni sevdiyi qədər mən də onları sevirəm”.

Qeyd edək ki, Əməkdar artist Füzuli Hüseynovun 62 yaşı tamam olur.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->