Yeni ilə dair planlar adətən fiziki sağlamlığa yönəlir, lakin emosional sağlamlıq çox vaxt diqqətdən kənarda qalır.
Qaynarinfo xəbər verir ki, "Independent"
nəşri psixoloqların bu mövzuda tövsiyələrini təqdim edib.
1. 2025-ci il üçün "emosional məqsəd" təyin edin
Emosiyalar üzrə mütəxəssis və "If Lost Start Here" təşkilatının təsisçisi Fitzsimmons tövsiyə edir ki, insanlar yalnız fiziki sağlamlıq deyil, həm də emosional rifah üçün məqsədlər qoysunlar.
Bu, öz hisslərinizi tanımaq, onlara diqqət yetirmək və müxtəlif emosiyaları qəbul etməyi öyrənmək kimi məqsədləri əhatə edə bilər. Fitzsimmons vurğulayır ki, bu yanaşma özünüzlə və ətrafınızdakı insanlarla daha güclü əlaqələr qurmağa kömək edəcək.
2. Özünüzə qarşı mərhəmətli olun
"The Chelsea Psychology Clinic" təşkilatının həmtəsisçisi və psixoloq Yelena Turoni bildirir ki, özünə diqqət göstərmək stressi və narahatlığı azalda bilər. Çətin dövrlərdə özünüzə qarşı mehriban olmaq, hisslərinizi qəbul etmək və mükəmməl olmağa çalışmamaq vacibdir.
"Çətin emosiyalar hiss etmək normaldır və bu hissləri inkar etmək lazım deyil", deyə Turoni qeyd edir.
3. Nəfəs alma texnikasını tətbiq edin
Tənəffüs praktikləri üzrə mütəxəssis Ceymi Klements bildirib ki, nəzarətli nəfəsalma texnikası sinir sistemini tənzimləyir, stres hormonu kortizolun səviyyəsini azaldır və yaxşı əhval-ruhiyyə yaradan serotonin kimi hormonların ifrazını artırır.
Bu texnika oksigen axınını yaxşılaşdırır, enerjini artırır, zehni aydınlaşdırır və sakitlik hissi yaradır.
4. Dəyişiklikləri qəbul edin
Psixoloq Ravi Gill deyir ki, dəyişikliklərə açıq olmaq və hər şeyi tam nəzarətdə saxlamağa çalışmaqdan vaz keçmək lazımdır. Onun fikrincə, hər bir dəyişiklik şəxsi və ya peşəkar inkişaf üçün bir fürsət ola bilər.
Gill insanlara sual verməyi tövsiyə edir: "Bu təcrübədən nə öyrənə bilərəm?"
Digər tövsiyələr
Psixoloqlar həmçinin, insanlara əlaqələrdə balansı qorumağı və yaxın münasibətlərdə həddindən artıq nəzarətdən çəkinməyi tövsiyə edirlər.
Aydın
Şərhlər