Dənizkənarı Bulvar İdarəsi cari ildə 8 satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, müsabiqələr nəqliyyat vasitələrinin təmiri, isitmə və soyutma avadanlıqlarının, pilotsuz uçuş aparatlarının, nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, boyaların, kimyəvi və üzvi maddələrin, təsərrüfat mallarının, tikinti materiallarının və təmizlik vasitələrinin satın alınması ilə bağlı keçirilib.
Müsabiqələrdə aşağıdakı şirkətlər qalib seçilib:
* "Rn Strong" MMC
* "Skytech International" MMC
* "Şərqmotors" MMC
* "Bimextech" MMC
* "Baku Supply Company" MMC
* "Dc Group" MMC
* "Tirinova" MMC
* "Texnolog" MMC
* "Güvən Lux" MMC
* "Faber Chemicals" MMC
İdarənin keçirdiyi satınalma müsabiqələri üzrə müqavilələrin ümumi maliyyə dəyəri isə 1 493 295,98 manat təşkil edir. Müsabiqələrdə qalib gələn şirkətlərinin bir çox haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Seyid
Şərhlər