Xəbər lenti

128 manata və bir fincana görə 2,6 il həbsdə yatacaq
Ölkə 19:31 27.07.2025

128 manata və bir fincana görə 2,6 il həbsdə yatacaq

Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən "More Cup” adlı kofe dükanından oğurluq edən şəxs məhkəmə hökmü ilə azadlıqdan məhrum edilib.

Qaynarinfo-nun məlumatına görə, 1979-cu il təvəllüdlü Cavid İmranov (ad və soyad şərtidir) barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olaraq oğurluq) maddəsi ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

Məhkəmədə müəyyən olunub ki, Cavid İmranov "More Cup” adlı kofe dükanına daxil olaraq kassadan 128 manat nəğd pulu və 15 manat dəyərində olan, kofe içmək üçün nəzərdə tutulmuş bir fincanı oğurlayıb.

Məhkəmənin hökmü il Cavid İmranovun barəsində 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->