Bristol Universitetinin britaniyalı mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu Yer kürəsinin ən qədim ekosistemini işıqlandıraraq, planetimizdə həyatın təxmini yaranma yaşını müəyyən ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature Ecology & Evolution" (NEE) elmi jurnalında dərc olunub.
Bu gün bütün həyat LUCA (Last Universal Common Ancestor) və ya sonuncu universal ümumi əcdad kimi tanınan bir ortaq əcdadın nəslindəndir.
LUCA protozoa bakteriyalarından tutmuş nəhəng sekvoyalara, eləcə də insanlar, heyvanlar və s. kimi bütün hüceyrə orqanizmlərinin güman edilən mənbəyi olub.
Yeni araşdırmada komanda canlı növlərin genomlarında olan bütün genləri müqayisə edərək, mutasiyaları LUCA şəklində ortaq bir əcdaddan ardıcıllıqla hesablayıb.
Tədqiqatçılar belə qənaətə gəliblər ki, Yer kürəsində həyat hələ 4,2 milyard il əvvəl, planetin və Günəş sisteminin yaramasından təxminən 400 milyon il sonra çiçəklənib.
Alimlərin fikrincə, LUCA erkən immun sisteminə malik olan nisbətən mürəkkəb bir orqanizm idi. İmmunitetin mövcudluğu onu göstərir ki, Yerdəki hüceyrə həyatının əcdadı özünü viruslardan qorumağa məcbur olub. Ondan başqa planetdə metanogen mikroblar və digər orqanizmlər yaşayıb.
Mütəxəssislər bildirib ki, ekosistemlərin Yer üzündə yaranma sürəti kainatın başqa yerlərində Yerə bənzər biosferlərdə həyatın çiçəklənə biləcəyini göstərir.
Aydın
Şərhlər