Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin Mikrocərrahiyə şöbəsinin işçisi, həkim oftalmoloq Xuraman Abbasova işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, Xuraman Abbasova rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa tələbi ilə məhkəmə iddia qaldırıb.
Birinci və apellyasiya instansiyaları onun iddiasını təmin etməyib. Lakin Xuraman Abbasova hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti verib.
Əhməd Nurməmmədov iş üzrə hakim təyin edilib. Lakin məhkəmənin vaxtı hələ müəyyənləşdirilməyib.
Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımovdur. O, 2006-cı ildən bu vəzifədədir.
Seyid
Şərhlər