Xəbər lenti

Xudayarın anası oğlunun son nəfəsini verdiyi torpaqlarda (VİDEO)
Video 11:25 15.07.2023

Xudayarın anası oğlunun son nəfəsini verdiyi torpaqlarda (VİDEO)

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin doğum günüdür.

Qaynarinfo-nun xəbərinə görə, anası Radə Qurbanova onun doğum günü ərəfəsində Xudayarın şəhid olduğu torpaqlarda olub.

Q.Qurbanova Zəngilanın onun üçün çox doğma olduğunu söyləyib:

"Çünki mənim balamın son nəfəsi bu torpaqda alınıb. Mənfur düşmənin hücumu nəticəsində şəhid olub. Xudayar həmişə özünü hərbçi kimi görürdü. Döyüş başlayanda ona dedim ki, narahatam. Mənə soyuqqanlı şəkildə dedi ki, narahat olma".

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu "Vətən yaxşıdır” təsnifi ilə məşhurlaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->