Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasiminin bu gün davamı baş tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlum olub ki, 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan Vasif Qafarovun təkrar toyu olub.
Qeyd edək ki, 32 il öncəki məclis Xocalıda sonuncu toy kimi tarixə düşüb.
21:01
Xocalıda 32 ildən sonra ilk toya hazırlıq işləri gedir.
Qaynarinfo bu barədə Unikal-a istinadən xəbər verir.
Maraqlıdır ki, toy 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törədən erməni barbarları tərəfindən dağıdılmış evin xarabalıqları üzərində baş tutacaq.
Qeyd edək ki, bu, 1992-ci il yanvarın 18-də Xocalıda keçirilən sonuncu toyun davamı olacaq. Həmin vaxt Vasif Qafarov adlı Xocalı sakininin toyu atışmaya görə yarımçıq dayandırılmışdı.
Şərhlər