Xəbər lenti

Ölkə 15:58 12.09.2024

"Viləş Palace" nağdsız ödənişlərdən imtina edir - "Hacı Mazan"ın qardaşı oğlu yenə cərimələndi

Masallıda fəaliyyət göstərən məşhur istirahət mərkəzi "Viləş Palace Hotel" nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, nağdsız ödənişlərin qəbulundan imtina hallarını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzə çıxarıb. 

Məlum olur ki, bu hal bir neçə dəfə baş verib və hər dəfəsində "Viləş Palace Hotel" MMC-nin rəhbəri Vüqar Zeynalova maliyyə sanksiyası tətbiq edilib.

Vüqar Zeynalov birinci dəfə 1000 manat, növbəti dəfə yenə 1000 manat, üçüncü dəfə isə 3000 manat məbləğində cərimələnib. 


Bir neçə gün əvvəl məlumat yaymışdıq ki, Əmlak Məsələləri Dövlət Xidməti "Viləş Palace Hotel" MMC-ni aralarında yaranamış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə, otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi "Viləş Palace Hotel" MMC rəhbərliyi tərəfindən zəbt olunub. 
 

Xatırladaq ki, otel "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalova məxsusdur. Vüqar Zeynalov isə onun qardaşı oğludur.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->