Xəbər lenti

Vətəndaşlarda həyat sığortasına marağın artmasına səbəb nədir? - Ekspert
Ekonomiks 13:32 03.11.2025

Vətəndaşlarda həyat sığortasına marağın artmasına səbəb nədir? - Ekspert

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb.

Bu barədə Mərkəzi Bank məlumat yayıb. Məlumatda qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 655,437 milyon manat sığorta haqqı toplanılıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,5 % artaraq 484,664 milyon manata çatıb. 

Vətəndaşlarda həyat sığortasına marağın artmasına səbəb nədir?

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya həyat sığortasına marağın artmasının əsas səbəblərini açıqlayıb. Onlar aşağıdakılardır: 

"1. Kredit şərtləri

Banklar istehlak və ipoteka kreditləri zamanı həyat sığortasını məcburi şərt kimi qoyur. Bu da toplamlara ciddi təsir edir.

2. Qarşıya çıxan risklərlə bağlı narahatlığın artması

Pandemiya sonrası dövrdə insanlar sağlamlıq riskləri, gözlənilməz hadisələr, ailənin sosial təminatı kimi məsələləri daha çox düşünürlər.

3. Əmək qabiliyyətinin itirilməsi riskinin aktuallaşması

İş həyatında təhlükələr, yol-nəqliyyat hadisələri və s. səbəbilə həyat sığortası həm də maddi etibarlılıq aləti kimi qəbul olunur.

4. Vergi güzəştləri

Bəzi həyat sığortası məhsullarına vergi üstünlükləri var, bu da marağı artırır.

5. Həyat sığortasının investisiya alətinə çevrilməsi

Xüsusilə "yığım həyat sığortası”nda vəsait yığılır, gəlir əldə edilir, sonda kapital qaytarılır. Bu, həm sığorta, həm də savings funksiyası yerinə yetirir”.
 


Akif Nəsirli burada eyni zamanda sığorta şirkətlərinə etibarın artması elementlərinin olmasını da vurğulayıb:

"Ödənişlərin artması (73.9%) göstərir ki, müştərilər pul ala bildiyini görür. Bazarda daha çox tanıtma və maarifləndirmə aparılır.

Dövlət tənzimləməsi güclənib, nəzarət daha şəffafdır. Amma artımın böyük hissəsi məcburiyyət və bank tələblərindən qaynaqlanır. Yəni hələ ki, insanların böyük qismi həyat sığortasını şəxsi seçim olaraq deyil, kredit şərti kimi alır”.

İqtisadçı həyat sığortasının bazarının genişləndiyini vurğulayıb:

"Amma bu genişlənmənin tam şəkildə etibardan qaynaqlandığını demək tezdir. İnsanlar real ödənişləri gördükcə və məhsullar daha çevik olduqca etibar payı da sürətlə artacaq”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->