Rumıniyanın hazırkı prezidenti Klaus İohannis varisi seçilənə qədər vəzifəsində qalacağını bildirib. Bundan əvvəl ölkənin Konstitusiya Məhkəməsi Rusiyayönlü reputasiyaya malik namizəd Kalin Qeorqeskunun qalib gəldiyi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Digi 24" məlumat
yayıb.
Siyasətçi bildirib ki, o, yeni prezident and içəndə postunu tərk edəcək. Həmçinin əmin edib ki, baş nazir olmaq fikrində deyil.
"Son günə qədər demokratik, azad, müasir, təhlükəsiz, Avropalı Rumıniya üçün çalışacağam. Rumıniya sabit, təhlükəsiz və güclü ölkədir", deyə dövlət başçısı qeyd edib.
Dekabrın 21-də səlahiyyət müddəti başa çatmalı olan İohannisin dekabrın 1-də seçilən parlamentdən hökuməti formalaşdırmağa başlamaq üçün baş nazir təyin edəcəyi gözlənilir. Onun sözlərinə görə, yeni hökumət yeni seçkilərin tarixini müəyyən edəcək.
Qeyd edək ki, Rusmıniya MSK-nın elan etdiyi seçkilərin nəticələrinə əsasən, seçkilərin birinci turunun qalibi sağçı radikal Kalin Qeorqesku olub. O, Rusiya Federasiyasının prezidenti Vladimir Putini dəstəkləməklə tanınır və həmçinin Ukraynadakı müharibənin arxasında "imperialist" hərbi-sənaye kompleksinin dayandığını bəyan edib.
Aydın
Şərhlər