Xəbər lenti

Ukraynaya veriləcək BVF krediti dondurulmuş Rusiya pullarından asılıdır – Politico
Dünya 12:49 03.11.2025

Ukraynaya veriləcək BVF krediti dondurulmuş Rusiya pullarından asılıdır – Politico

Avropa İttifaqı narahatdır ki, Belçika "reparasiya krediti” adlanan 140 milyard avroluq planı dəstəkləməsə, Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya maliyyə yardımını dayandıra bilər.

Qaynarinfo "Politico”ya istinadla xəbər verir ki, Belçikanın bu krediti dəstəkləməkdən imtinası BVF-ni Kiyevə maliyyə dəstəyini dayandırmağa sövq edə bilər ki, bu da Ukraynanın iqtisadi dayanıqlılığına olan etimadın itirilməsi ilə nəticələnəcək. Bu barədə Aİ-də xəbərdarlıq edilib.

Avropa tərəfdarları hesab edirlər ki, BVF-nin Ukraynaya dəstəyi həlledici əhəmiyyətə malikdir və institutun Kiyevə yeni kredit verməsi üçün vaxt getdikcə azalır.

Nəşrin məlumatına görə, BVF 3 il ərzində 8 milyard dollar həcmində kredit ayırmağı nəzərdən keçirir. Lakin bu vəsaitin ayrılması Aİ-nin 140 milyard avroluq kredit mexanizmini tamamlaya bilməsindən asılıdır — yəni Belçikada dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə formalaşan kreditdən.

Avropa Komissiyasının bir nümayəndəsi və Aİ-nin üç ölkəsindən diplomatlar bildiriblər ki, belə bir sazişin bağlanması BVF-ni Ukraynanın yaxın illərdə maliyyə cəhətdən dayanıqlı olduğuna inandıracaq — bu isə fondun istənilən ölkəni maliyyələşdirməsi üçün əsas şərtdir.

Lakin Belçika "reparasiya krediti”nə qarşı çıxıb və bu, dekabrda keçiriləcək BVF-nin həlledici iclasına qədər razılaşmanın əldə olunması ümidlərini azaldıb. BVF ekspertlərinin noyabrda Kiyevə səfəri və növbəti 3 illik proqramın müzakirəsi gözlənilir.

"Biz zamanla yarışırıq”, – deyə Aİ rəsmisi nəşrə bildirib.

Mənbələrin məlumatına görə, növbəti Aİ liderləri sammiti 18–19 dekabrda keçiriləcək və bu da tez qərar qəbul etməyin vacibliyini vurğulayır.

"BVF-nin Ukrayna proqramının həcmi nisbətən kiçik olsa da, onun təsdiqi investorlar üçün Ukraynanın maliyyə sabitliyi və uğurlu islahatlar apardığı barədə mühüm siqnal olacaq”, – nəşr qeyd edib.

Aİ rəsmisinin sözlərinə görə:

"BVF-nin dəstəyinə risklə yanaşmaq olmaz”.

Qeyd edək ki, Avropa İttifaqı hələlik dondurulmuş Rusiya aktivlərini (140 milyard avro) Ukraynaya yönəltmək kimi misilsiz addım atmağa hazır deyil.

Əsas problem ondadır ki, Belçika buna qarşı çıxır, çünki həmin pullar Belçika banklarında saxlanılır. Orada hakimiyyət Kremlin sualına — "bu aktivlər hara yox oldu?” — cavab vermək məcburiyyətində qalmaqdan ehtiyat edir.

Belçika hakimiyyəti bu riskdən qaçmaq üçün təhlükəsizlik zəmanəti və məsuliyyətin bütün Aİ ölkələri arasında bölüşdürülməsini tələb edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->