Ukraynanın müttəfiqləri Kiyevi Rusiyanın hücumlarına qarşı daha yaxşı mövqedə saxlamağa və ya atəşkəs müzakirəsi üçün hazırlıq görməyə çalışırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat
yayıb.
Qeyd edilir ki, bu məqsədlə NATO Ukraynaya daha çox silah göndərməyə tələsir, çünki Kiyev qüvvələri "yavaş-yavaş mövqeləri itirir".
Eyni zamanda, Ukraynanın müttəfiqi olan ölkələrin hökumətləri müharibənin dayandırılması üçün müxtəlif senariləri müzakirə etməyə başlayıblar. Mənbələrə görə, bu müzakirələrdə "Ukraynanı qoruyacaq, lakin Putin ilə qarşıdurma yaratmayacaq" təhlükəsizlik təminatları da nəzərdən keçirilir.
Bunlardan birinin atəşkəsin tələblərindən biri demilitarizasiya zonası yaradılmasıdır. Bir yüksək rütbəli NATO diplomatı qeyd edib ki, atəşkəs baş verərsə, Avropa qoşunları bu zonanı qorumağa və patrul çəkməyə ehtiyac duya bilər.
Başqa bir yüksək rütbəli Qərb diplomatı isə bu müzakirələrin, Ukraynadakı vəziyyətin qeyri-sabitliyi nəzərə alınaraq və danışıqların yaxın vaxtlarda başlamalı olduğu qəbul edilməsi şəraitində baş verdiyini vurğulayıb.
Bloomberg yazır ki, Ukraynanın NATO-ya üzvlüyü və onun təhlükəsizlik zəmanəti "qısa müddətdə istisna edilir":
"Bunun əvəzinə, Kiyevə təhlükəsizlik zəmanətləri lazım olacaq ki, bu da ABŞ və ya digər müttəfiqləri Rusiyanın hər hansı bir atəşkəs pozulmasına qarşı müdafiəyə məcbur edəcək. Bu, ABŞ və onlarla müttəfiqinin Ukraynanın uzunmüddətli hərbi gücünün gücləndirilməsi üzrə öhdəliklərindən, o cümlədən təlimdən daha geniş olacaq".
Xatırladaq ki, The Wall Street Journal-ın yazdığına görə, Ukrayna nümayəndə heyəti ABŞ-a səfər edib və Donald Tramp administrasiyası ilə müharibənin sona çatması məsələsində ciddi fikir ayrılıqlarını düzəltmək üçün yüksək səviyyəli danışıqlar aparır.
Həmin vaxt Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog və gələcək Milli Təhlükəsizlik üzrə müşavir Mayk Volts ilə görüşüb. Görüşə həmçinin vitse-prezident Cey D. Vens qatılıb.
Alpər
Şərhlər