Xəbər lenti

Tramp ticarət müharibəsinə başlayandan sonra neftin qiymətləri artır
Dünya 12:54 03.02.2025

Tramp ticarət müharibəsinə başlayandan sonra neftin qiymətləri artır

ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən idxal edilən mallara tariflər tətbiq etməsi nəticəsində neftin qiymətləri yüksəlib. Bu, ABŞ-ın iki əsas tədarükçüsündən xam neft tədarükündə fasilələrin yaranacağına dair narahatlıqları artırıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.  

Amerikanın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri 73,89 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,36 dollar və ya 1,9% çoxdur. 24 yanvarda isə qiymət ticarət sessiyasının əvvəlində maksimum 75,18 dollar/barelə çatmışdı.  

Brent markalı neftin fyuçersləri isə 67 sent və ya 0,9% bahalaşaraq 76,34 dollar/barel olub. Əvvəlki maksimum göstərici 77,34 dollar təşkil edirdi.  

Şənbə günü Tramp Meksika, Kanada və Çindən idxal edilən mallara genişmiqyaslı tariflər tətbiq etmək barədə göstəriş verib. Bu addım qlobal iqtisadi artımı sarsıda və inflyasiyanın yenidən yüksəlməsinə səbəb ola bilər.  

ABŞ Energetika Nazirliyinin məlumatına görə, Kanada və Meksika ABŞ-ın əsas neft tədarükçüləridir və amerikalı emalçılar tərəfindən istehsal olunan benzinin və digər yanacaq növlərinin təxminən dörddə biri bu ölkələrdən idxal edilən neftdən hazırlanır.  

ABŞ-da benzinin fyuçers qiymətləri 2,86% bahalaşaraq hər qallon üçün 2,1176 dollara çatıb. Əvvəllər isə yanvarın 16-dan bəri ən yüksək hədd olan 2,162 dollar/qallon səviyyəsinə qalxmışdı.  

Lakin neft qiymətləri növbəti rübdən sonra azala bilər. Bunun səbəbi tariflərin tələb perspektivlərini daha da zəiflətməsi və OPEC+ ölkələrinin hasilatı azaltmaq üçün Trampın təzyiqi ilə qarşılaşmasıdır.  

Xatırladaq ki, Səudiyyə Ərəbistanının energetika naziri və bir neçə OPEC+ üzvü Donald Trampın neft qiymətlərini azaltmaq çağırışından sonra, eləcə də gələn həftə keçiriləcək OPEC+ toplantısı öncəsi danışıqlar aparıblar.  

24 yanvarda Tramp dünya biznesmenləri və siyasi liderlərinə müraciət edərək OPEC-dən neft qiymətlərini aşağı salmağı və faiz dərəcələrini azaltmağı tələb edib. O həmçinin xəbərdarlıq edib ki, əgər şirkətlər öz məhsullarını ABŞ-dan kənarda istehsal edərlərsə, tariflərlə üzləşəcəklər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->